bp ilə Azərbaycanda dayanıqlı enerji mənbələrinə keçid müzakirə edilib

5 iyun 2024, 20:10 (UTC+4)
ÖLKƏ
EDITOR
image

İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf bp şirkətinin istehsal və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşüblər.

Renewables.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Görüşdə bp-nin Azərbaycanda enerji sahəsində həyata keçirilən layihələrdə, o cümlədən bərpaolunan enerji layihələrində iştirakda maraqlı olduğu ifadə edilib. Şirkətin Azərbaycanda həyata keçirdiyi cari əməliyyatlar, potensial layihələr və qlobal iqlim çağırışlarından irəli gələn dayanıqlı enerji mənbələrinə keçid barədə müzakirələr aparılıb.