bp-nin hesabatında Azərbaycanla bağlı statistik göstəricilər

19 iyul 2021, 15:35 (UTC+4)
ÖLKƏ HESABATLAR
EDITOR
image
bp “Dünya Enerjisinin Statistik Baxışı 2021” (Statistical Review of World Energy) adlı hesabatını dərc edib. “Berpaolunanenerji.az” bp-yə istinadən xəbər verir ki, hesabatda Azərbaycanın bərpaolunan enerji sektoru ilə bağlı statistik göstəricilər də dərc olunub. Hesabata əsasən, Azərbaycanda bərpaolunan enerji istehlakı 2010-2020-ci illər arası (2011 və 2012-ci illərdə göstərici qeydə alınmayıb) 0,005 ekzacouldan (EC) daha az olub. Ötən il bərpaolunan enerji istehlakı 2019-cu ilə nisbətən 3,5 % azalsa da, 2009-2019-cu illərdə 60,2 % artıb. 2020-ci ildə ümumi elektrik istehlakında bərpaolunan enerjinin payı 0.05 %-dən az təşkil edib. Hesabata görə, ötən il ölkədə bərpaolunan enerji istehsalı 3,1 % azalsa da, 2009-2019-cu illərdə 61,1 % artıb. Hesabatda bərpaolunan enerji istehsalı 2010-cu ildə 0,05 teravat-saatdan az, 2013-2017-ci illərdə bu göstərici 0,1 teravat-saat; 2018-2020-ci illərdə isə 0,2 teravat-saat olaraq qeydə alınıb. Rəsmi sənədə görə, ötən il Azərbaycanda ümumi elektrik istehsalında bərpaolunan enerjinin payı 0,05 %-dən az olub. Bərpaolunan mənbələr üzrə nəzər yetirdikdə, ayrı-ayrılıqda 2019 və 2020-ci illərdə günəş enerjisindən 0,05 teravat-saatdan az, külək enerjisindən 0,1 teravat-saat, digər bərpaolunan mənbələrdən də 0,1 teravat-saat elektrik enerjisi istehsal edilib. Ümumilikdə 2019 və 2020-ci illərdə bərpaolunan mənbələrdən 0,2 teravat-saat elektrik enerjisi istehsal edilib. Elektrik enerjisi istehsalında külək enerjisinin payı ötən il 10,0 % azalsa da, günəş enerjisinin payında 6,5 % artım müşahidə olunub. Digər bərpaolunan mənbələrdə artım isə 0,05 %-dən az olub. Nəticədə 2020-ci ildə illik artım -3,1 % olaraq qeydə alınıb. Hesabata əsasən, son on ildə Azərbaycanda elektrik istehsalı aşağıdakı kimi olub (teravat-saatla):
  • 2010 – 18,7
  • 2011 – 20,3
  • 2012 – 23,0
  • 2013 – 23,4
  • 2014 – 24,7
  • 2015 – 24,7
  • 2016 – 25,0
  • 2017 – 24,3
  • 2018 – 25,2
  • 2019 – 26,1
  • 2020 – 22,8
Ötən il elektrik istehsalında 2019-cu ilə nisbətən 12,7 % azalma müşahidə edilib, 2009-2019-cu illərdə isə 3,3 % artım qeydə alınıb. Hesabata görə, Azərbaycanda son on ildə hidroenerji istehlakı (EC):
  • 2010 – 0,03
  • 2011 – 0,02
  • 2012 – 0,02
  • 2013 – 0,01
  • 2014 – 0,01
  • 2015 – 0,01
  • 2016 – 0,02
  • 2017 – 0,02
  • 2018 – 0,02
  • 2019 – 0,01
  • 2020 – 0,01 ekzacoul olub.
2009-2019-cu illərdə hidroelektrik istehlakında 4,4 %, 2020-ci ildə 32,2 % azalma müşahidə edilib.  

OXŞAR XƏBƏRLƏR