Bu il azad edilmiş torpaqlarda 5 SES-in inşası və inşaatının tamamlanması nəzərdə tutulur

11 fevral 2022, 16:02 (UTC+4)
HİDRO
EDITOR
image
"Xudafərin və Qız qalası su anbarlarında İranla bərabər 280 meqavatlıq elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. O gücün yarısı bizə çatacaq, bu da əlavə 140 meqavat təşkil edəcək". "Berpaolunanenerji.az"ın xəbərinə görə, bunu Prezident İlham Əliyev AZƏRTAC-a müsahibəsində deyib. "Azərenerji"nin özünün 50 meqavatlı külək elektrik stansiyası var, ondan sonra azad edilmiş torpaqlarda keçən il Güləbird, Suqovuşan-1, Suqovuşan-2, Kəlbəcərdə Lev çayı üzərində 4 su elektrik stansiyası yenidən quruldu və bu il azad edilmiş torpaqlarda 5 su elektrik stansiyasının inşası və artıq inşaatının tamamlanması nəzərdə tutulur", - Prezident vurğulayıb.

OXŞAR XƏBƏRLƏR