Cəbrayılda “Şəms” və “Üfüq” günəş elektrik stansiyalarının təməlinin yaxın zamanda qoyulması planlaşdırılır

AZƏRBAYCAN
GÜNƏŞ
YAŞIL ENERJİ ZONASI

image

Cəbrayılda 50 MVt gücündə “Şəms” və 50 MVt gücündə “Üfüq” günəş elektrik stansiyalarının təməlinin yaxın zamanda qoyulması planlaşdırılır.

Bu barədə energetika naziri Pərviz Şahbazovun Energetiklər Günü ilə bağlı rəsmi qəzetdə dərc edilmiş məqaləsində deyilir.

Ölkəmizdə bərpa olunan enerji mənbələri üzrə ilk hərrac layihəsi - 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyasının tikintisinə başlanması və əlavə 100 MVt-lıq günəş enerjisi layihəsi üzrə də intensiv işlər görülür.

Məqalədə qeyd edilib ki, qarşıdakı iki il ərzində “yaşıl enerji”nin inkişafının birinci mərhələsi - 10 günəş və külək elektrik stansiyasının inşası - planlaşdırıldığı kimi uğurla başa çatdırılacaq. Bu layihələrin reallaşması sayəsində 2027-ci ilə qədər quraşdırılmış gücdə bərpa olunan enerjinin payı 33,7 faizə çatacaq. Stansiyalardan əldə olunacaq illik 5 milyard kVt·saat elektrik enerjisi hesabına 1 milyard kubmetrdən çox təbii qaza qənaət və 2,3 milyon tonadək emissiya azalması təmin ediləcək.



OXŞAR XƏBƏRLƏR