"Çiçəkli" SES-də 70 milyon kVts-dan çox elektrik enerjisi istehsal olunub

19 avqust 2026, 13:08 (UTC+4)
ÖLKƏ HİDRO
EDITOR
image
"Çiçəkli" Su Elektrik Stansiyası | © President.az

"Çiçəkli" Su Elektrik Stansiyasında (SES) istismara verildiyi tarixdən cari ilin iyul ayınadək 70,4 mln. kVts elektrik enerjisi istehsal edilib.

Renewables.az bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Qeyd edilib ki, 2017-ci ilin 19 avqust tarixində Göygöl rayonunun Aşağı Zurnabad qəsəbəsi ərazisində gücü 3 MVt olan "Çiçəkli" SES yenidənqurmadan sonra istifadəyə verilib.

Su elektrik stansiyaları bərpa olunan enerji istehsalının artırılması, yerli su ehtiyatlarından səmərəli istifadə və enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.