Dünya Bankı ilə AZURE layihəsi müzakirə olunub

AZƏRBAYCAN

image

Enerji Məsələlərini Tənzimləmə Agentliyində (EMTA) energetika üzrə böyük mütəxəssis və tapşırıq qrupunun rəhbəri Rocer Koma Kunilin rəhbərliyi ilə ölkəmizdə səfərdə olan Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib.

Renewables.az-a bu barədə EMTA-dan bildirilib.

Görüşdə “Azərbaycanda Bərpa Olunan Enerji Mənbələrinin Genişləndirilməsi Layihəsi” (AZURE) çərçivəsində elektrik enerjisi sahəsində islahatların gedişatı müzakirə olunub.

Görüş zamanı həmçinin Enerji effektivliyi fondunun fəaliyyətinə toxunulub və əməkdaşlıq əlaqələrinin perspektivləri nəzərdən keçirilib.



OXŞAR XƏBƏRLƏR