Dünya Bankı və "Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti" əməkdaşlığın möhkəmləndirilməsini razılaşdırıb

AZƏRBAYCAN
YAŞIL ENERJİ DƏHLİZİ

image

Dünya Bankı və "Xəzər-Qara dəniz-Avropa" layihəsi çərçivəsində yaradılmış "Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti" (GECO) əməkdaşlığın möhkəmlənməsi və dəqiq fəaliyyət planının formalaşması istiqamətində bir sıra konkret addımları razılaşdırıb.

Şirkətin yaydığı məlumata görə, tərəflər onlayn görüş zamanı layihənin cari statusunu nəzərdən keçirib və əsas məsələlər üzrə fikir mübadiləsi aparıb.

Qeyd olunub ki, Dünya Bankı strateji regional enerji əlaqələrini və "yaşıl enerji dəhlizi"nin inkişafını dəstəkləməyə maraq göstərir.



OXŞAR XƏBƏRLƏR