"Dayanıqlı şəhərlərin inkişafında yaşıl enerji zonalarının rolu" mövzusunda təqdimat keçirilib

AZƏRBAYCAN

image

2026-cı il 14 may tarixində Bakı Dövlət Universitetində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (“WUF13”) ərəfəsində təşkil olunacaq “Bakı şəhərsalma həftəsi” (“Baku Urban Week”) çərçivəsində “Davamlı və dayanıqlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri üçün Yaz məktəbi təşkil olunub.

Məktəbdə Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Layihələrin idarə edilməsi şöbəsinin müdiri Cəbrayıl Əliyev tərəfindən “Dayanıqlı Şəhərlərin İnkişafında Yaşıl Enerji Zonalarının Rolu” mövzusunda tələbələrə məlumat verilib.

Məruzəçi yaşıl enerjinin ətraf mühitin mühafizəsində oynadığı rol, Azərbaycanda xüsusilə perspektivli olan külək və günəş enerjisi layihələri, onların istehsal mexanizmləri və iqtisadi səmərəliliyi barədə geniş məlumat verib.

Məruzədə həmçinin, respublikamızda bərpa olunan enerji mənbələrindən istifadə üzrə mövcud vəziyyət, quraşdırılmış külək və günəş elektrik stansiyalarının gücü, eləcə də gələcək layihələr haqqında faktlar təqdim olunub. İşğaldan azad olunmuş ərazilərdə qurulan kiçik su elektrik stansiyaları və müxtəlif alternativ enerji mənbələrinin tətbiqinin effektivliyi haqqında danışılıb. Azərbaycanın bərpa olunan enerji potensialının yüksək olduğu, ölkənin regionun enerji təhlükəsizliyində mühüm payı və xarici investorların bu sahəyə artan marağı vurğulanıb.

Daha sonra Zəngilan rayonunun Ağalı kəndində “Yaşıl enerji zonası” layihəsi çərçivəsində görülmüş işlərlə bağlı videoçarx nümayiş edilib.

Sonda tələbələrin sualları cavablandırılıb.

Renewables.az Renewables.az Renewables.az Renewables.az Renewables.az Renewables.az Renewables.az


OXŞAR XƏBƏRLƏR