Deloitte” şirkəti ilə bərpa olunan enerjinin ixracının biznes modelinin hazırlanması işlərini yekunlaşdırmaq üzrəyik.
Bu sözləri Trend-ə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev müsahibəsində deyib.
"Bu biznes modeli imkan verəcək ki, ölkəmizdə istehsal olunan bərpa olunan enerjinin Avropada istehlakçıya satılmasının bu stansiyalara çəkilən xərci qarşılayıb-qarşılamayacağını, iqtisadi səmərəli olub-olmayacağını müəyyənləşdirək. Təhlillər göstərir ki, ölkəmizdə bərpa olunan enerji üzrə ixrac layihələri müəyyən şərtlər daxilində iqtisadi cəhətdən səmərəlidir".