Finlandiya Azərbaycanla bərpa olunan enerji üzrə əməkdaşlığa maraq göstərir

AZƏRBAYCAN

image

Finlandiya Azərbaycanla bərpa olunan enerji və enerji səmərəli texnologiyalar sahəsində əməkdaşlıqda maraqlıdır.

Bunu "Report"a açıqlamasında Finlandiyanın Azərbaycandakı səfiri Kirsti Narinen bildirib.

"Finlandiya şirkətləri enerji səmərəliliyi və bərpa olunan enerji sahəsində qabaqcıl texnologiyalara malikdir ki, bu da Azərbaycandan olan tərəfdaşlarla əməkdaşlıq üçün yeni imkanlar açır. Enerji səmərəliliyi və bərpa olunan enerji sahəsindəki texnologiyalar Finlandiya şirkətləri üçün maraq doğura biləcək istiqamətlərdir. Belə biznes forumlar iş adamlarının görüşməsi, perspektivli layihələri müzakirə etməsi və regionda yeni bazarlar açması üçün vacibdir", - o qeyd edib.



OXŞAR XƏBƏRLƏR