"Güləbird" SES-də 5 ildə istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

AZƏRBAYCAN
HİDRO
YAŞIL ENERJİ ZONASI

image

İşğaldan azad edilmiş Laçın rayonunda Həkəri çayının üzərində yerləşən "Güləbird" su elektrik stansiyasında (SES) istismara verildiyi tarixdən bu ilin fevralın 1-dək 87,7 milyon kVts elektrik enerjisi istehsal edilib.

Energetika Nazirliyinin məlumatına görə, "Güləbird" SES 5 il əvvəl, 2021-ci il fevralın 14-ü yenidən bərpa olunaraq istifadəyə verilib. Basqılı derivasiya tipli stansiyanın ümumi gücü 8 MVt-dır.

Bu ilin yanvar ayında stansiyada 1,6 milyon kVts elektrik enerjisi istehsal edilib. Stansiyanın illər üzrə elektrik enerjisi istehsalı göstəriciləri:

  • 2021-ci il: 2,4 milyon kVts;
  • 2022-ci il: 22,5 milyon kVts;
  • 2023-cü il: 21,9 milyon kVts;
  • 2024-cü il: 21,5 milyon kVts;
  • 2025-ci il: 17,8 milyon kVts.

Qeyd edilib ki, kiçik su elektrik stansiyalarında ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal olunur və ətraf mühitə istixana effekti yaradan qazlar atılmır.

Renewables.az


OXŞAR XƏBƏRLƏR