GECO İtaliya şirkəti ilə anlaşma memorandumu imzalayıb

AZƏRBAYCAN
YAŞIL ENERJİ DƏHLİZİ

image

"Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti" MMC (GECO) və İtaliyanın "Zhero" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

GECO-nun məlumatına görə, sənəd şirkətlər arasında keçirilən görüş zamanı imzalanıb. Memoradumu GECO-nun baş direktoru Fərhad Məmmədov və "Zhero"nun həmtəsisçisi Alessandra Pasini tərəfindən imzalanıb.

Sənəd "Yaşıl Enerji Dəhlizi" layihəsi çərçivəsində əməkdaşlıq imkanlarının öyrənilməsini nəzərdə tutur.

Memorandum çərçivəsində "Zhero"nun İtaliya və Şimali Afrika arasındakı "Medlink" təşəbbüsü çərçivəsində qazandığı təcrübəyə əsaslanaraq, irimiqyaslı enerji dəhlizlərinin yaradılması sahəsində təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, GECO “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış yaşıl enerjinin inkişafı və ötürülməsi Sazişi”nin icrası məqsədilə dörd ölkənin təmsil olunduğu birgə müəssisədir. 

Renewables.az


OXŞAR XƏBƏRLƏR