Günəş enerjisi
Energetika nazirliyinə görə, Azərbaycanda günəş enerjisinin texniki potensialı 23 000 MVt ətrafındadır. Ölkə hər il 2 400 saatdan 3 200 saatadək günəş işığı qəbul edir və illik günəş intensivliyi 1 500-2000 kilovat-saat/m2-dır. Bu nəticə digər ölkələrlə müqayisədə çox yüksək göstəricidir. Günəş enerjisinin potensialı ölkənin şimalında, şimal-qərbində və mərkəzi çay vadilərində daha yüksəkdir.Külək enerjisi
Energetika nazirliyinin məlumatına görə, Azərbaycanda külək enerjisinin texniki potensialı 3 000 MVt, iqtisadi potensialı isə 800 MVt-dır. İqtisadi potensialdan yararlanmaq, ildə:- 2,4 milyard kilovat-saat elektrik enerjisi istehsalı;
- 500 milyon m3 təbii qaza qənaət;
- 1 Mt (metrik ton) karbon emissiyasının qarşısını alır.