Çin Azərbaycanda 500 MVt gücündə günəş və panel istehsalı layihələrində iştirak edəcək

AZƏRBAYCAN

image

Çinin "Sichian Sunsync Photovoltaic Technology Co" şirkəti Azərbaycanda günəş paneli istehsalı və 500 MVt gücündə günəş elektrik stansiyasının tikintisində iştirak edəcək.

Renewables.az bu barədə "AZTV"yə istinadən xəbər verir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də Çinin Tiencin şəhərində "Sichian Sunsync Photovoltaic Technology Co" şirkətinin təsisçisi və sədri Sie İ ilə görüşüb. Görüşdə Ələt Azad İqtisadi zonasında yaxın gələcəkdə günəş panellərinin istehsalı ilə bağlı ən müasir texnoloji standartlara cavab verəcək müəssisənin yaradılması ilə əlaqədar məsələlər müzakirə olunub və vurğulanıb ki, burada istehsal ediləcək məhsulların böyük hissəsinin dünya bazarlarına ixracı nəzərdə tutulur.

Şirkətin sədri Sie İ isə ölkəmizdə əlverişli investisiya mühitinin yaradıldığını və Azərbaycanla Çin arasında mövcud olan strateji əlaqələri nəzərə alaraq məhz Azərbaycana investisiya qoymaq barədə qərara gəldiklərini deyib.



OXŞAR XƏBƏRLƏR