"İsmayıllı-2" KSES-də istehsal olunan enerjinin həcmi açıqlanıb

AZƏRBAYCAN HİDRO

10 avqust 2026 10:49 (UTC+4)
image
Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti

İsmayıllı rayonunun Sumağallı kəndi yaxınlığında yerləşən "İsmayıllı-2" Kiçik Su Elektrik Stansiyası (KSES) istismar edildiyi tarixdən bu ilin iyulun 1-dək ümumilikdə 34 milyon kVts elektrik enerjisi istehsal olunub.

Renewables.az-a bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, KSES-lərdə ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal olunur və ətraf mühitə istixana effekti yaradan qazlar atılmır.

Qeyd edək ki, "İsmayıllı-2" KSES-in açılışı 2016-cı ilin 10 avqust tarixində baş tutub. Stansiyanın ümumi gücü 1,581 MVt təşkil edir.

OXŞAR XƏBƏRLƏR