“Kəlbəcər-1” KSES-də istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb

26 iyun 2025, 11:22 (UTC+4)
ÖLKƏ HİDRO YAŞIL ENERJİ ZONASI
EDITOR
image

Kəlbəcər rayonunun Lev çayı üzərində inşa olunan 4,4 MVt-lıq “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasında (KSES) istismara verildiyi tarixdən bu ilin iyun ayının 1-dək stansiyada 42,2 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

Renewables.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi sosial şəbəkədə məlumat yayıb.

“Kəlbəcər-1” KSES 3 il öncə 26 iyun tarixində istismara verilib.

Qeyd edək ki, KSES-lər ekoloji cəhətdən daha təmiz elektrik enerjisi istehsal etdiyi üçün yaşıl enerji mənbəyi hesab olunur və enerji istehsalı zamanı atmosferə istixana effekti yaradan qazları atmayan elektrik enerjisi müəssisəsidir.

Renewables.az