Kəlbəcərdə yüksək dağlıq relyefdə 240 MVt gücündə külək elektrik stansiyasının tikintisi məqsədilə ölçmə-müşahidə işlərinə start verilib.
Renewables.az xəbər verir ki, bu barədə "Baltech Group" məlumat yayıb.
Məlumata görə, artıq iki külək ölçmə qurğusu (ölçü-müşahidə stansiyaları) fəaliyyət göstərir, yaxın vaxtlarda isə lidar sistemi tətbiq olunacaq.
Qeyd edək ki, COP29 çərçivəsində Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (BOEMDA), Clean Energy Invest MMC və Baltech Green MMC arasında Kəlbəcər Külək Elektrik Stansiyasının inkişafına dair Anlaşma Memorandumu (MoU) imzalanıb. Layihə "Azerbaijan Green Energy Company"nin (AGEC) törəmə müəssisəsi "Clean Energy Capital" MMC və "Baltech Green" MMC arasında birgə müəssisə olan “Kəlbəcər Enerji” MMC tərəfindən həyata keçirilir.
