Külək elektrik stansiyalarının enerji istehsalı azalıb
15 iyul 2021,
12:37 (UTC+4)
ÖLKƏ
•
KÜLƏK
2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 12373,1 milyon kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,7 % çoxdur.
“Berpaolunanenerji.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun 45,9 milyon kVt-saatı külək elektrik stansiyalarının payına düşür.
Bu göstərici, əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,6 % azdır.