Bərpaolunan enerji sahəsində Serbiya ilə əməkdaşlıq etməyə hazırıq. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Belqradda Serbiya Prezidenti Aleksandar Vuçiçlə mətbuata birgə bəyanatında deyib.
"Bu gün Azərbaycanın energetika sahəsində ixrac potensialı 2 giqavata bərabərdir. Bu rəqəm artacaq. Çünki biz indi bir çox bərpaolunan enerji stansiyalarının tikintisi ilə məşğuluq və bu sahədə də Serbiya ilə əməkdaşlıq etməyə hazırıq. Biz 2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücünü əldə edəcəyik və bunun böyük hissəsi ixraca gedəcək. Bunun üçün bizim yeni və daha genişhəcmli transmissiya imkanlarımız olmalıdır. Çünki bizim əsas ixrac istiqamətimiz Avropa məkanıdır," - Azərbaycan Prezidenti vurğulayıb.
