Bərpaolunan enerji və investisiya sahələrində ölkələrimizin səmərəli birgə fəaliyyətini xüsusi qeyd etmək istərdim.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda ünvanladığı təbrik məktubunda bildirib.
"Qardaş ölkənizin "ACWA Power" şirkəti tərəfindən 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının tikilərək bu yaxınlarda istismara verilməsi sıx tərəfdaşlığımızın bariz nümunəsidir," - məktubda qeyd edilib.
