Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" (Abu Dhabi Future Energy Company) şirkəti ilə AGEC şirkəti arasında "Azərbaycanda bərpaolunan enerji layihələrinin işlənib hazırlanması məqsədilə əməkdaşlıq Sazişi" imzalanıb.
Renewables.az Azərbaycan Prezidentinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, imzalanma Prezident İlham Əliyev və BƏƏ-nin Əbu-Dabi Əmirliyi hakiminin müavini, milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanın iştirakı ilə baş tutub.
Sənədi AGEC-in İdarə Heyətinin sədr müavini Xəyalə Nağıyeva və BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir imzalayıblar.