2023-cü il avqustun 25-də Laçın rayonunda Həkəri çayının ən böyük qolu olan Hoçaz çayı üzərində yerləşən “Mişni” və “Alxaslı” kiçik su elektrik stansiyaları (KSES) istismara verilib.
Energetika Nazirliyinin məlumatına görə, ümumi gücü 8,25 MVt olmaqla hər biri 4,125 MVt gücündə 2 ədəd hidroaqreqatdan ibarət basqılı derivasiya tipli “Mişni” KSES-də istismara verildiyi tarixdən 38,4 mln. kVts elektrik enerjisi istehsal edilib.
Ümumi gücü 6,0 MVt olan, hər biri 3,0 MVt gücündə 2 ədəd hidroaqreqatdan ibarət basqılı derivasiya tipli “Alxaslı” KSES-də isə istismara verildiyi tarixdən iyulun 1-dək 25,6 mln. kVts elektrik enerjisi istehsal olunub.
Qeyd edək ki, kiçik su elektrik stansiyalarında yaşıl enerji istehsal edilir.

