Naxçıvan Günəş Elektrik Stansiyasına (GES) "Naxçıvan Enerji" MMC-nin mütəxəssisləri tərəfindən texniki baxış keçirilib.
Renewables.az "Naxçıvan Enerji" MMC-yə istinadən xəbər verir ki, stansiyada yoxlama işləri aparılıb.
Qeyd edək ki, stansiyada cari ilin yanvar-iyun aylarında 13,370 milyon kVts elektrik enerjisi istehsal olunub.
Babək rayonu ərazisində 20 meqavat güclü Naxçıvan GES-in tikintisi haqqında Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti ilə Belçika Krallığının “Soltech” şirkəti arasında 7 fevral 2015-ci il tarixdə bağlanmış müqaviləyə əsasən tikinti-quraşdırma işləri həyata keçirilib. 2015-ci iln 30 noyabında istismara verilən 20 MVt gücündə GES-in layihə gücü 2017-ci ilin sentyabr ayının 8-də daha 2 MVt artırılaraq 22 MVt-a çatdırılmışdır. Stansiyada il ərzində 33 milyon kVt-saat elektrik enerjisi istehsal edilməsi nəzərdə tutulmuşdur.


