Bu ilin 21 aprel-2 iyul tarixləri ərzində Naxçıvan Muxtar Respublikasında elektrik enerjisinə olan tələbat tam şəkildə bərpa olunan enerji mənbələri hesabına təmin edilib.
Renewables bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, bu müddət ərzində su elektrik stansiyalarında 104,486 milyon kVt-saat, günəş elektrik stansiyalarında isə 13,888 milyon kVt-saat olmaqla, ümumilikdə 118,374 milyon kVt-saat elektrik enerjisi (bərpa olunan enerji) istehsal edilib.
