Nazir: "Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi" layihəsi üzrə texniki-iqtisadi əsaslandırma hazırlanacaq

AZƏRBAYCAN
YAŞIL ENERJİ DƏHLİZİ

image

Hazırda mühüm bir mərhələyə çatdırdığımız Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstan ilə elektrik ötürmə ticarəti layihəsi həqiqətən də elektrikin TANAP-ı, cənub enerji dəhlizi deyə biləcəyimiz ölçüdə böyük bir layihədir.

Renewables xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar İstanbul Təbii Sərvətlər Zirvəsi çərçivəsində "A Haber"ə müsahibəsində deyib.

Onun sözlərinə görə, layihəyə qoşulmaq istəyən başqa ölkələr də var: "Xüsusilə Avropa tərəfindən marağın olduğunu deyə bilərəm. Layihənin əsas mahiyyəti Azərbaycandan gələcək bərpa olunan enerjinin Gürcüstan üzərindən Türkiyəyə, Türkiyə vasitəsilə isə Bolqarıstana və oradan Avropaya ötürülməsi ilə bağlıdır".

Nazir qeyd edib: "Bir az əvvəl yekunlaşdırdığımız toplantının (layihə üzrə nazirlərin 3-cü görüşü) nəticəsində birlikdə texniki-iqtisadi əsaslandırmanın aparılması qərarını verdik və ən qısa zamanda bu proses hökumətlərarası sazişə, bəlkə də dövlət başçılarımızın imza atacağı bir razılaşmaya çevriləcək. Buna görə də burada mühüm bir irəliləyişin əldə olunduğunu deyə bilərəm".

Renewables.az


OXŞAR XƏBƏRLƏR