Niderland Azərbaycanla dənizdə külək enerjisi sektorunda əməkdaşlıq etmək istəyir

29 aprel 2022, 23:17 (UTC+4)
KÜLƏK
EDITOR
image
Niderland bərpa olunan enerji sektorunda Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır. "Berpaolunanenerji.az" xəbər verir ki, bunu Niderlandın Azərbaycandakı səfiri Pauline Eizeman Trend-in sualını cavablandırarkən deyib. "Niderland Azərbaycanla xüsusilə dənizdə külək enerjisi sektorunda əməkdaşlıq etmək istərdi", - səfir deyib. O qeyd edib ki, hələlik konkret layihələr olmasa da, Niderland böyük ekspert bazasına malikdir, eləcə də çoxsaylı Niderland şirkətləri Azərbaycanda alternativ enerji sahəsinə mühüm töhfə verə bilər.

OXŞAR XƏBƏRLƏR