Pərviz Şahbazov: "İraq Azərbaycanla enerji əməkdaşlığının inkişafında maraqlıdır"
AZƏRBAYCAN
-
05.07.2023 17:17 (UTC+04:00)
"İraq Azərbaycanla enerji əməkdaşlığının inkişafında maraqlıdır".
Renewables.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov İraqın Baş nazirinin müavini və neft naziri Hayan Əbdül-Qani ilə keçirdiyi görüşdən sonra tviter hesabında yaydığı açıqlamada bildirib.
Görüş bu gündən başlayaraq Avstriyanın paytaxtı Vyanada keçirilən və sabah başa çatacaq 8-ci OPEC beynəlxalq seminarı çərçivəsində baş tutub.