"PowerChina" şirkəti ilə Hacıqabulda həyata keçirilən günəş enerjisi layihəsinin icrası müzakirə edilib

AZƏRBAYCAN
GÜNƏŞ

image

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin "PowerChina Resources Ltd." şirkətinin icraçı vitse-prezidenti Hi Şiyou ilə görüşüb.

Bunu M. Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Çinin "PowerChina Resources Ltd." şirkətinin icraçı vitse-prezidenti Hi Şiyou ilə görüşümüzdə "SOCAR Green" ilə birgə fəaliyyət çərçivəsində Hacıqabul rayonunda həyata keçirilən günəş elektrik stansiyası layihəsinin icra vəziyyəti və növbəti addımlarla bağlı müzakirələr apardıq. Enerji sahəsində potensial investisiya layihələrində iştirak imkanlarına toxunduq", - nazir qeyd edib.



OXŞAR XƏBƏRLƏR