Prezident: "Azərbaycan, Qazaxıstan və Özbəkistan bərpaolunan enerjinin təşviqinə yönəlmiş memorandumlar imzalayıb"

AZƏRBAYCAN

image

2024-cü ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin birləşdirilməsinə və bərpaolunan enerji mənbələrinin təşviqinə yönəlmiş bir sıra strateji sazişlər və memorandumlar imzalayıb.

Bunu Prezident İlham Əliyev Qazaxıstanın "Kazinform" agentliyinə müsahibəsində söyləyib.

Azərbaycan Prezidenti deyib ki, yaşıl energetikanın inkişafı ikitərəfli gündəlikdə mühüm yer tutur: "Bu təşəbbüslər ölkələrin davamlı inkişafa və ekoloji cəhətdən təmiz texnologiyalara keçidə birgə sadiqliyini əks etdirir". 



OXŞAR XƏBƏRLƏR