Prezident İlham Əliyev: Özbəkistanla yaşıl enerji sahəsində əməkdaşlığımız davam edir

21 avqust 2026, 14:04 (UTC+4)
ÖLKƏ
EDITOR
image
Azərbaycan Respublikası Prezidentinin Mətbuat xidməti

Özbəkstanla yaşıl enerji sahəsində əməkdaşlığımız davam edir.

Renewables.az Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində deyib.

"2025-ci ildə Azərbaycan, Qazaxıstan və Özbəkistanın müvafiq energetika idarələri tərəfindən Bakıda "Yaşıl Dəhliz Birliyi" Məhdud Məsuliyyətli Cəmiyyəti təsis olunub. Bu birgə müəssisə Azərbaycan-Mərkəzi Asiya yaşıl enerji dəhlizi layihəsinin həyata keçirilməsini, bərpaolunan enerji ixracını və onun Xəzər dənizinin dibi ilə nəqli imkanlarını əlaqələndirmək məqsədilə yaradılıb", - deyə dövlət başçısı qeyd edib.

OXŞAR XƏBƏRLƏR