Prezident: "Xarici investorlarla bərabər yenilənən enerji mənbələrinə böyük sərmayə qoyuruq"
                        
                                                                                                                                        AZƏRBAYCAN
                                                                        
                                                                                    
                        
                        
                            
                                - 
                                    13.10.2021 15:20 (UTC+04:00)
 
                              
                            
                            "Bu ilin sonunadək sahəsi 10 min kvadratkilometrə bərabər olan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təminatı tam başa çatacaq".
"Berpaolunanenerji.az" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində deyib.
Prezident həmçinin, bir italyan şirkəti ilə bir bölgənin enerji təminatı məsələsi ilə bağlı müqavilənin imzalandığını da vurğulayıb: "Həmçinin xarici investorlarla bərabər yenilənən enerji mənbələrinə böyük sərmayə qoyuruq".
"Avropa İttifaqı Şurasının prezidenti cənab Şarl Mişelin bu yay Azərbaycana səfəri zamanı biz Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının geniş gündəliyi ilə bağlı ətraflı müzakirələr apardıq. Əlbəttə, əməkdaşlığımızın enerji kimi ənənəvi sahələri var ki, buradakı nəhəng layihələrin icrasını yalnız alqışlamaq olar", - deyə dövlət başçısı bildirib.