Prezident: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

26 aprel 2024, 13:44 (UTC+4)
ÖLKƏ
EDITOR
image

Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi.

Renewables.az President.az saytına istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev aprelin 26-da Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib.

“Biz xarici tərəfdaşlarımızla nəhəng yaşıl keçid layihələrinə başlamışıq”, - deyən dövlət başçısı bu ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini vurğulayıb. Bildirib ki, təkcə bu il 1300 meqavat həcmində külək və günəş enerjisi layihələri həyata keçiriləcək.