Qarabağ və Şərqi Zəngəzurda 2 mindən çox ev və ictimai binada günəş panelləri qurulub

AZƏRBAYCAN
YAŞIL ENERJİ ZONASI

image

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 2 000-dən çox ev və ictimai binada damüstü günəş panelləri quraşdırılıb.

Energetika Nazirliyinin məlumatına görə, həmin günəş panellərinin ümumi gücü 7 000 kVt-dan çoxdur.

"Müasir şəhərsalmanın əsas elementlərindən olan damüstü günəş panelləri Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji" zonasına çevrilməsində mühüm rol oynayır. Bu yanaşma həm enerji səmərəliliyini artırır, həm də bu bölgələrin daha da dayanıqlı və ekoloji cəhətdən təmiz inkişafına töhfə verir", - məlumatda qeyd olunub.



OXŞAR XƏBƏRLƏR