Qarabağ və Şərqi Zəngəzurda quraşdırılan damüstü günəş panellərinin gücü açıqlanıb - RƏSMİ

AZƏRBAYCAN
GÜNƏŞ
YAŞIL ENERJİ ZONASI

image

Azad edilmiş ərazilərdə 1500-dən çox fərdi yaşayış evində, ictimai və sosial binalarda ümumi gücü 5000 kVt-dan çox olan günəş panelləri quraşdırılıb, 200-dən artıq günəş kollektoru, 3000-dən çox enerji səmərəli işıq dirəyi, 20 elektrik doldurma məntəqəsi və “ağıllı” dayanacaqlar istifadəyə verilib.

Renewables.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun Energetiklər Günü ilə bağlı rəsmi qəzetdə dərc edilmiş məqaləsində deyilir.

Xüsusilə binaların və fərdi evlərin tikintisində enerji səmərəliliyi prinsipinə ciddi əməl olunur. Bu tədbirlər davamlı xarakter daşıyır və bütün səylərimiz innovativ təcrübənin geniş tətbiqi ilə azad edilmiş əraziləri enerji səmərəliliyində nümunəvi bölgəyə çevirməyə yönəlib.

“Yaşıl enerji” zonasının yaradılması yalnız bərpa olunan enerjinin inkişafı ilə məhdudlaşmır, eyni zamanda enerji keçidinin bütün komponentlərini təşviq edir. 



OXŞAR XƏBƏRLƏR