Qaradağ Günəş Elektrik Stansiyasında 1 milyard kVts elektrik enerjisi istehsal olunub

AZƏRBAYCAN
GÜNƏŞ

image

230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasında 1 milyard kilovat-saat elektrik enerjisinin istehsalı münasibətilə tədbir keçirilib.

Renewables.az-a Energetika Nazirliyindən bildirilib ki, tədbirdə Energetika Nazirliyi, “Azərenerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin rəhbər şəxsləri iştirak ediblər.

Bildirilib ki, 2023-cü ildə istismara verilmiş Qaradağ GES Azərbaycanın bərpa olunan enerji sahəsində ilk iri miqyaslı beynəlxalq investisiya layihəsi olmaqla, ölkəmizdə “yaşıl enerji” keçidinə mühüm töhfə verir. İki il ərzində istehsal olunmuş 1 milyard kilovat-saat elektrik enerjisi ölkə üzrə 220 milyon kubmetr təbii qaza qənaət imkanı yaradaraq atmosferə 400 min ton karbon qazı atılmasının qarşısını alıb.

Daha sonra simvolik sertifikatın imzalanma mərasimi keçirilib. Sertifikatı Azərbaycan tərəfdən Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev və “Azərenerji” ASC-nin İdarə Heyəti sədrinin müavini Rüstəm Qasımov imzalayaraq “Masdar” şirkətinin Baş əməliyyat direktoru Əbdüləziz Alobaidliyə təqdim ediblər.

Qeyd edək ki, Qaradağ GES ildə təxminən 500 milyon kilovat-saat elektrik enerjisi istehsal etməklə 110 min ev təsərrüfatını yaşıl enerji ilə təmin edir.

Renewables.az Renewables.az Renewables.az


OXŞAR XƏBƏRLƏR