Xəzər və Qafqaz regionlarının ən böyük bərpa olunan enerji stansiyası olan 230 MVt gücündə "Qaradağ" Günəş Elektrik Stansiyasının (GES) istismara verilməsindən 2 il keçir.
2023-cü ilin 26 oktyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin iştirakı ilə stansiyanın açılış mərasimi baş tutub.
BƏƏ-nin "Masdar" şirkəti stansiyaya 262 milyon ABŞ dolları investisiya yatırıb və stansiyanın 23 il müddətində istismar edilməsi planlaşdırılır.
Bir neçə gün əvvəl "Qaradağ" GES-in 1 milyard kVts elektrik enerjisinin istehsalı münasibətilə tədbir keçirilib.
