Qazaxıstanda 100 MVt gücündə külək elektrik stansiyası istifadəyə verilib

2 avqust 2022, 00:10 (UTC+4)
KÜLƏK
EDITOR
image
Qazaxıstanın Abay rayonunda 100 MVt gücündə "Abay-1" Külək Elektrik Stansiyası (KES) enerji istehsalına başlayıb. "Berpaolunanenerji.az" "QazaqGreen" portalına istinadən xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb. "Abay-1" KES ildə 300 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edəcək, 15-ə yaxın daimi iş yeri yaradacaq. Qeyd edək ki, Qazaxıstan 2025-ci ilə qədər bərpa olunan enerji mənbələrinin qoyuluş gücünü 2 400 MVt-a çatdırmaq niyyətindədir.

OXŞAR XƏBƏRLƏR