Qobustan GES-in tikintisinə icazə alınmasının müddəti uzadılıb

AZƏRBAYCAN
GÜNƏŞ

image

Nazirlər Kabineti Bakının Qaradağ rayonunun Pirsaat qəsəbəsində bərpa olunan enerji mənbəyi ərazisi kimi müəyyən edilmiş torpaq sahəsində günəş elektrik stansiyasının (100 MVt gücündə “Qobustan” GES) tikintisinə icazə alınmasının müddətini 1 il uzadıb.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Həmin müddət Nazirlər Kabinetinin 25 dekabr 2023-cü il tarixli qərarı ilə müəyyən olunub, "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanunun 6.7-ci maddəsinə uyğun olaraq uzadılıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintiyə icazə verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə verilmədikdə isə müddət başa çatdığı gündən üç gün müddətində bu barədə Nazirlər Kabinetinə məlumat verməli olacaq.

Xatırladaq ki, ötən ilin 3 dekabrında ölkəmizdə bərpa olunan enerji mənbələri üzrə ilk hərrac layihəsi - 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyasının inşası çərçivəsində ilk panel quraşdırılıb.



OXŞAR XƏBƏRLƏR