"Qobustan" Günəş Elektrik Stansiyası yaxın günlərdə istismara veriləcək

8 sentyabr 2026, 09:24 (UTC+4)
ÖLKƏ GÜNƏŞ
EDITOR
image
Qobustan GES | © "Universal Energy Co. Ltd"

“Qobustan” Günəş Elektrik Stansiyasının yaxın günlərdə istismara verilməsi planlaşdırılır.

Bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev “Bakı İqlim Həftəsi 2026” çərçivəsində Trend-ə açıqlamasında deyib.

O bildirib ki, stansiya artıq tam hazır vəziyyətdədir və test rejimində elektrik şəbəkəsinə qoşularaq yoxlanılıb.

“Stansiya yaxın günlərdə istismara veriləcək. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi də 37 gün ərzində 9 kilometrdən artıq yolu inşa edib başa çatdırıb. Yəni stansiya tam istismara hazır vəziyyətdədir, test rejimində şəbəkəyə qoşulub və yoxlanılıb”, - deyə C. Abdullayev bildirib.