2023-cü ilin 25 avqust tarixində Kəlbəcər rayonunun Tərtər çayı üzərində yerləşən “Çıraq-1” və Qaraarxac çayı üzərindəki “Çıraq-2” kiçik su elektrik stansiyaları (KSES) istismara verilib.
Energetika Nazirliyinin məlumatına görə, ümumi gücü 8,33 MVt olmaqla, hər biri 4,165 MVt gücündə 2 ədəd hidroaqreqatdan ibarət basqılı derivasiya tipli “Çıraq-1” KSES-də istismara verildiyi tarixdən iyulun 1-dək 51,0 mln. kVts elektrik enerjisi istehsal edilib.
Hər biri 3,0 MVt gücündə 2 ədəd hidroaqreqatdan ibarət ümumi gücü 6,0 MVt olan basqılı derivasiya tipli “Çıraq-2” KSES-də isə bu ilin iyul ayınadək 40,4 mln. kVts elektrik enerjisi istehsal edilib.
Kiçik su elektrik stansiyalarında ekoloji cəhətdən təmiz yaşıl enerji istehsal olunur.

