Renewables.az portalı etibarlı istinad mənbəyinə çevrilir

AZƏRBAYCAN

image

Bərpa olunan enerji sahəsində ixtisaslaşmış informasiya portalı Renewables.az yerli və beynəlxalq informasiya məkanında etibarlı istinad mənbəyi kimi mövqeyini gücləndirir.

"Google Search Console" statistik göstəricilərinə əsasən, portalda dərc olunan materiallara yerli və xarici media qurumları, akademik institutlar, analitik mərkəzlər və qlobal təşkilatlar tərəfindən mütəmadi olaraq istinad edilir.

Statistik məlumatlara görə, sayta indiyədək yalnız keçid (hiperlink) vasitəsilə 144 istinad qeydə alınıb. Hiperlink olmadan, yalnız mətn şəklində edilən istinadların sayı isə minlərlə ölçülür.

Məlumata görə, Renewables.az-da yayımlanan məlumatlar Aİ-Azərbaycan Biznes Forumu, ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Beyin Mərkəzləri Platformasının materiallarında, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunun elmi jurnallarında yer alan məqalələrdə, həmçinin Caliber.Az, "The Caspian Post" kimi portallarda istifadə olunub.

Beynəlxalq informasiya mühitində isə portalın materiallarına müxtəlif nüfuzlu platformalar tərəfindən müraciət edilib. Onların sırasında Dünya İqtisadi Forumu və BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasında (UNESCAP) yayımlanan materiallarda, beynəlxalq siyasət və enerji mövzularını işıqlandıran "Eurasia Review", qlobal iqtisadi və siyasi analiz platforması "The Liberum", Rumıniyanın "Act Media" xəbər agentliyi, eləcə də "Counter Balance" və "Saratoga Foundation" kimi təşkilatlar yer alır.

Bundan əlavə, akademik və məlumat bazası xarakterli platformalar — "DergiPark", "Global Energy Monitor", "Future Timeline", "The Borgan Project", "Medium", "Substack" və süni intellekt əsaslı ensiklopedik platforma "Grokipedia" da istinad edən mənbələr sırasındadır.

Bütün bunlar Renewables.az-ın bərpa olunan enerji xəbərlərini etibarlı və ixtisaslaşmış informasiya mənbəyi kimi regional və qlobal səviyyədə daha geniş auditoriyaya çatdırdığını göstərir.



OXŞAR XƏBƏRLƏR