Respublikada külək enerjisi istehsalı 3 dəfədən çox artıb

AZƏRBAYCAN
KÜLƏK

image

2025-ci ildə Azərbaycanın külək elektrik stansiyalarında 169,7 mln. kVts elektrik enerjisi istehsal edilib.

Renewables.az Energetika Nazirliyinin açıqladığı elektrik enerjisinə dair operativ məlumatlara istinadla xəbər verir ki, bu da 2024-cü illə müqayisədə 118,6 mln. kVts və ya 3,3 dəfə çoxdur.

Qeyd edək ki, ötən il “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 38,5 mln. kVts elektrik enerjisi istehsal edilib.



OXŞAR XƏBƏRLƏR