Azərbaycanın "yaşıl enerji" sahəsi üzrə təcrübəsi Burkina Faso üçün maraqlıdır.
Bunu "Report"un Türkiyə bürosuna müsahibəsində Burkina Fasonun Azərbaycandakı qeyri-rezident səfiri Vinta Some deyib.
Onun sözlərinə görə, hər iki tərəfdə müxtəlif sektorlar hələ araşdırılmayıb:
"Biz çalışacağıq ki, Azərbaycan tərəfi ilə Burkina Faso arasında ticarətin həcmi ikitərəfli münasibətlərimizin keyfiyyətini əks etdirsin. Ticarət baxımından bir çox sektorlar Burkina Fasonu maraqlandıra bilər. Bura karbohidrogenlər, energetika və xüsusilə də Azərbaycanın təcrübəsini təsdiq etdiyi "yaşıl enerji" sahəsi, bir sıra sahələrdə qabaqcıl texnologiyalar, müdafiə sənayesi məhsulları, kənd təsərrüfatı məhsulları və s. daxildir".