"Sarıqışlaq" Kiçik Su Elektrik Stansiyasında istismara verildiyi tarixdən cari ilin 1 oktyabr tarixinədək 46,3 mln. kVts elektrik enerjisi istehsal edilib.
Renewables.az bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Qeyd edək ki, 2024-cü ilin 3 oktyabr tarixində Zəngilan rayonu ərazisində Oxçuçayın üzərində tikilən basqılı derivasiya tipli, ümumi gücü 10,5 MVt olan "Sarıqışlaq" KSES istismara verilib.
Kiçik su elektrik stansiyaları elektrik enerjisinin bərpa olunan enerji mənbələri hesabına istehsalına, enerji mənbələrinin şaxələndirilməsinə və enerji istehsalının ətraf mühitə təsirinin azaldılmasına töhfə verir.