Energetika Nazirliyində Serbiyadan olan jurnalistlərlə görüş keçirilib.
Məlumata görə, nazir müavini Orxan Zeynalov Azərbaycanın enerji siyasəti, Serbiya ilə bu sahədə əməkdaşlıq və ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolu haqqında məlumat verib, jurnalistlərin suallarını cavablandırıb.
