“İsmayıllı-1” Kiçik Su Elektrik Stansiyasının (KSES) istismara verilməsidən 12 il keçir.
KSES-in açılışı 2013-cü ilin 14 avqust tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə baş tutub. İsmayıllı rayonunun Sumağallı kəndi yaxınlığında inşa edilən və üç hidroaqreqatdan ibarət olan stansiyanın ümumi gücü 1,581 MVt-dır.
Basqılı derivasiya tipli KSES-də istismar edildiyi tarixdən cari ilin 1 iyul tarixinədək ümumilikdə 36,1 mln. kVts elektrik enerjisi istehsal olunub.
