"SOCAR Green" şirkətinin təsis edilməsindən 2 il keçir

AZƏRBAYCAN

image

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi olan "SOCAR Green" şirkətinin təsis edilməsindən 2 il keçir. 

Şirkətin əsas məqsədi SOCAR-ın strateji bərpa olunan enerji layihələrinin effektiv idarə edilməsi, bu sahədə beynəlxalq tərəfdaşlar ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi, habelə neft-qaz əməliyyatlarında dekarbonizasiya proseslərinə dəstək göstərməkdən ibarətdir.

Bərpa olunan enerji, yaşıl hidrogenin istehsalı, geotermal enerji, karbonun tutulması, utilizasiyası və saxlanılması kimi layihələrin icrası, ölkə üzrə karbon emissiyasının azaldılması üçün strateji yol xəritələrinin hazırlanmasında müvafiq köməkliyin göstərilməsi şirkətin əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirilib. 

"SOCAR Green" Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Yüksək Texnologiyalar Parkı, Asiya İnkişaf Bankı həmçinin "Masdar", "Acwa", bp, "Energy China", "PowerChina", "Baker Hughes", "China Energy Overseas Investment Co. Ltd.", "Universal Energy Co., Ltd.", "Siemens Energy", "Nobel Energy", "Smart Sustainability Solutions", "VEMA SA", "Esyasoft Holding", "FAS Renewables Company", "Schlumberger Overseas S.A", "Tecnimont Services", "Rapid Solutions", "Milla Dairy" kimi şirkətlərlə müqavilələr bağlayaraq əməkdaşlıq edir.

Şirkət bərpa olunan enerji mənbələri sahəsində ümumi gücü 1,66 GVt olan 10-dan çox layihəni həyata keçirir. 

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) 2023-cü ilin sonunda keçirilən Müşahidə Şurasının iclasında “SOCAR Green” MMC şirkətinin təsis edilməsi qərara alınıb. Onun nizamnamə kapitalı 16,5 milyon ABŞ dollarıdır.



OXŞAR XƏBƏRLƏR