SOCAR Green "yaşıl" enerji portfelini açıqlayıb

AZƏRBAYCAN

image

Dövlət neft-qaz şirkəti SOCAR-ın “yaşıl” bölməsi olan “SOCAR Green” bərpa olunan enerji mənbələri sahəsində ümumi gücü 1,66 GVt olan 10-dan çox layihələri həyata keçirir. Bunu SOCAR Green günəş və külək enerjisi üzrə mütəxəssisi Elçin Tarquliyev Bakıda keçirilən Bakıda Azərbaycan və Mərkəzi Asiya Yaşıl Enerji Həftəsində (Azerbaijan & Central Asia Green Energy Week 2025) çıxışında deyib.

Onun sözlərinə görə, SOCAR Green 2024-cü il 1 mart tarixində yaradılıb və SOCAR-ın müasir enerji şirkətinə çevrilməsində əsas zəncirdir. Şirkət “yaşıl” layihələrin inkişafına və karbon izini azaltmaq hədəfinə cavabdehdir: 2035-ci ilə qədər emissiya intensivliyini 30 % və mütləq emissiyanı 20 % azaltmaq, 2050-ci ilə qədər isə karbon neytrallığına nail olmaq.

Hazırda “SOCAR Green”nin portfelində BƏƏ və Çin ilə əməkdaşlıq çərçivəsində iri layihələr mövcuddur. Masdar ilə birgə ümumi gücü 1 GVt olan layihələr həyata keçirilir: Biləsuvarda 445 meqavat günəş enerjisi, Neftçalada 315 meqavat günəş stansiyası və Abşeronda 240 meqavat külək parkı. Həmçinin şirkət virtual enerji ötürülməsini nəzərdə tutan “Şəfəq” (240 meqavat) innovativ layihəsi üzərində işləyir; layihə Cəbrayildəki günəş stansiyasından Səngəçal neft-qaz terminalına enerji ötürülməsini təmin edəcək.

Renewables.az


OXŞAR XƏBƏRLƏR