SOCAR və ADNOC hidrogen, geotermal və karbon idarə edilməsi üzrə əməkdaşlıq edəcək

5 dekabr 2023, 11:05 (UTC+4)
ÖLKƏ GEOTERMAL YAŞIL HİDROGEN
EDITOR
image

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) arasında Strateji Əməkdaşlığa dair Saziş imzalanıb.

Renewables.az bu barədə SOCAR-a istinadən xəbər verir.

Saziş Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP-28) çərçivəsində imzalanıb.

Saziş SOCAR ilə ADNOC şirkətləri arasında ətraf mühitin mühafizəsi sahəsində birgə fəaliyyətin daha da genişləndirilməsini, “mavi hidrogen”, geotermal və karbon idarə edilməsi üzrə əməkdaşlıq məsələlərini nəzərdə tutur.