Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Boston Consulting Group"un (BCG) tərəfdaşlığı çərçivəsində həyata keçirilən "Climate and Sustainability Lighthouse" proqramı bərpa olunan enerji mənbələrinə investisiyaların artmasına töhfə olub.
Bunu SOCAR-ın prezidenti Rövşən Nəcəf "X" hesabında yazıb.
Paylaşımda qeyd olunub: "Dünya İqtisadi Forumu (WEF 2026) çərçivəsində BCG-nin Avropa, Yaxın Şərq, Cənubi Amerika və Afrika üzrə bölmələrinin regional sədri, idarəedici direktor və baş tərəfdaşı Matius Tauber ilə görüşdüm. Biz tərəfdaşlığımız çərçivəsində həyata keçirilən "Climate and Sustainability Lighthouse" proqramının əhəmiyyətini müzakirə etdik. Bu layihə kəşfiyyat, hasilat (upstream), emal və satış (downstream) seqmentləri üçün genişmiqyaslı "yol xəritələri" hazırlanmasına imkan verib, həmçinin bərpa olunan enerji mənbələrinə investisiyaların artmasına töhfə olub".
As part of the #WorldEconomicForum2026, I met with Matthias Tauber, Managing Director & Senior Partner, Regional Chair for Europe, the Middle East, South America, and Africa at @BCG.
— Rovshan Najaf (@RovshanNajaf) January 20, 2026
We discussed the importance of the Climate and Sustainability Lighthouse program implemented… pic.twitter.com/8A7tB5gB3E
